Qız qaçıran oğlan tutuldu

25 Mart 2015
1 609
0
Qız qaçıran oğlan tutuldu
Qız qaçıran oğlan tutuldu




Gədəbəydə görünməmiş şəkildə qız qaçıran gənc saxlanılıb.

FeaT.Az anspress-ə istinadən bildirir ki, rayonun Qurudərə kəndində yaşayan 18 yaşlı Aytəkin Aslanovanı evindən qaçıran 24 yaşlı Vüsal Məsimov nəzarətə alınıb.

Polisin təkidilə Vüsal Məsimov qaçırdığı Aytəkin Aslanovanın yerini də deyib. Qız tapılaraq tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticəsindən sonra onun bakirəliyinin pozulub-pozulmadığı məlum olacaq.

Qeyd edək ki, Gədəbəy sakini Füzuli Aslanov ANS PRESS-ə məlumat vermişdi ki, 18 yaşlı qızı yaşadığı Qurudərə kəndində evdən qaçırılıb.

Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşlı qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.

FeaT.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.