KişiLərin ən yaxşı bacardığı iş.

09 Nisan 2015
1 304
0
KişiLərin ən yaxşı bacardığı iş.
KişiLərin ən yaxşı bacardığı iş.


Yeni nəsil kişilərlə atalarımızı müqayisə etməyə qərar verdim və ən başında bu sualı qoydum: İndiki kişilər nəyi daha yaxşı bacarırlar?
Qadınlara gəlincə evdə məsuliyyət, ümumiyyətlə hamısı qadının üzərinə düşür. Düzdü indiki bəzi anlayışlı kişilər haradasa bu məsuliyyətin bir hissəsini boyunlarına götürürlər, amma əsas yük yenə də qadınların çiynindədir.
Bəs kişinin evdəki vəzifələri nədir?
Alver etmək... (Amma nə gərək var! Marketə sifariş ver, hamısı qapında...) wink
Zibili atmaq... (Mənzil vəzifələrindəndi, atsalar Allah razı olsun.) winked
Evdə təmir işi aparmaq... (Həə! Əsas mövzu elə budur!) 0138
Adətən evdə tez-tez görülən iş yemək bişirmək, ev yığışdırmaq və paltar yumaqdı... Evin qadını ya tam olaraq özü, ya da elektrotexnikanın köməyi ilə bu işləri görür. Lap paltaryuyan , qabyuyan maşın və digər vasitələr xarab olduqda da usta çağırmaqla ötüşmək olar.
Bəs çilçıraqda lampa xarab olduqda, ütünün "ştepsel"inin vinti boşaldıqda və ya "rozetka"da boşluq olduqda da usta çağırılmalıdır?
Əslində qadın böyük qüvvədir, onun üçün bu işləri görmək də problem deyil.
Amma əziz qadınlarımız, zatən çiyninizə götürdükləriniz kifayət edər, bir də bunu özünüzə rəva bilməyin.
Bir də evinizdəki kişiləri bu kimi xırda işlərə cəlb edin. Çünki, vaxt gələcək ki, bir gün düşünəcəksiniz, yaa bu kişi evdə nəyə yarayır ki? :)
Kişilər, sonra da deyirsiniz ki, qadınlar "dır- dır" edir. Bəs 10 dəqiqəlik bir işi günlərlə gözlədəndə qadın deyinməsin, neyləsin?
Hələ bir də əlindən hər iş gələn atalarının şahzadəsi olan qadınlar, nə etsin indi? Buna necə dözsün?
Əvvəlki kişilərlə müqayisədə indi "niyə qonşuya keçdin?, niyə bu paltarın dardı?, niyə bu "yubkan" gğdəkdir?" deyən kişilər az olsa da, elə evdə özünə aid olan işləri tam məsuliyyəti ilə dərk edən kişilər də azdır...
Bu fərqliliklərdə qadınların rolu danılmazdır. Amma gəlin, "Ehh, ona deyib əsəblərimi korlayınca, özüm necə olsa edərəm" deyib də məsuliyyəti boynunuza götürməyin!
Siz necə düşünürsünüz?
Əvvəlki kişilərlə indiki kişilər arasındakı daha hansı dəyişikliklərdən şikayətçisiniz
?


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.