Rusiyada azərbaycanlı sahibkarı biabır etdilər

14 Nisan 2015
945
0
Rusiyada azərbaycanlı sahibkarı biabır etdilər
Rusiyada azərbaycanlı sahibkarı biabır etdilər
O, cəriməni ödənilməmiş qoyub.

Azərbaycan vətəndaşı Rusiya Federasiyasının sərhədlərini qanunsuz keçməsi səbəbindən məhkəmə tərəfindən 20 min rubl həcmində cərimə edilib, amma ədalət məhkəməsindən gizlənərək, ölkəni tərk edib.

Cəriməni isə ödənilməmiş qoyub.

Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə nümayəndələri kişinin axtarışını elan ediblər, onun şəklini KİV-də və insanların kütləvi toplandığı məkanlarda yerləşdiriblər. Bir neçə gün sonra onun qohumları cəriməni ödəyiblər.

“Diaspora qarşısında biabır olmamaq üçün borclunun qohumları cərimənin tam məbləğini ödəyiblər. Onlar sahibkarlıqla məşğuldurlar və xoşagəlməz faktların açıqlanması işgüzar nüfuza xələl gətirə bilər”, - Novokuznesk şəhəri rayonlararası xüsusi əhəmiyyətli icraat axtarış şöbəsinin məhkəmə icraatçısı Eldar Malikov bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.