Bizdə yaxşı həkim də var - ana təşəkkürü

15 Nisan 2015
1 471
0
Bizdə yaxşı həkim də var - ana təşəkkürü
Bizdə yaxşı həkim də var - ana təşəkkürü
Ölkədə həkimin, daha doğrusu, yaxşı həkimin qıt vaxtında mən super peşəkar tapmışam! İnanmırsız, hə? Bilirəm, bir az inandırıcı deyil. Hər gün onlarla xəstənin dərdini götürüb İran, Türkiyə, Almaniyaya qaçdığı vaxtda belə bir xəbər təəccübləndiricidir.

Uzatmayım... Ötən həftə iki balamla başılovlu xəstəxanaya üz tutmalı oldum. İşləmə, qusma, qızdırma... Adi virus – havadan, sudan... Əbülfəs Qarayev adına xəstəxana... Qəbul şöbəsi və növbə...

Bizim dərdimizə II yoluxucu xəstəliklər II bölmə baxmalı oldu. Bir gün əvvəl qəbul şöbəsində növbə həkimi Mətanət xanım ilkin tibbi yardımı göstərdi oğluma. Gecəni orda qalmaq fikrim yox idi. Evə gəldim. Səhər uşağın vəziyyəti bir az da fənalaşınca apar-topar balam qucağımda Mətanət xanımı axtarmalı oldum. İş vaxtı bitdiyindən özü orda deyildi. Uzaqdan idarə etmək, virusa dərhal müdaxilə, komandasını bir göz qırpımında başımızın üstündə görmək təəccüblüydü! Düzü, dövlət xəstəxanalarına güvənim qalmayıb. Ən çox da natəmizlikdən ehtiyat edirdim (üstəlik infeksion, yoluxucu şöbədəsənsə!). Amma!!! Təmiz bir palataya yerləşdirildik (bu təmizlik işlərinə həssasam deyə daha bir məqamı da qeyd etmədən keçməyim – elə səhəri gün gözümün qabağındaca bütün şöbə gül kimi təmizləndi, yuyuldu, dərmanlandı). Gecədən səhərə uşağın halı babatlaşdı. Səhər Mətanət xanım ciddi müayinə və müalicəyə start verdi.

Və elə bir damcı sevinmişdim ki, evdən xəbər gəldi – Yavrum da eyni vəziyyətdədir! Ayaqlarımın üstündə dura bilmirdim artıq. Çökmüşdüm, amma ruh kimi dolaşdığımın fərqindəydim. Və... əlbəttə ki, elə həmin axşam Yavrumu da yanımıza – xəstəxanaya gətirməli oldular. Mətanət xanım daha bir övladımı xilas etmək üçün qollarını çirmələdi.

Palatalar körpə uşaqların səsindən, iniltisindən, ağrısından daşırdı... Balalarımın bapbalaca əlləri sistem iynələrindən deşik-deşik... “Doktor, yapma, mənə yapma...” deyib yalvaran oğlumun səsi... Qızımın özü qorxsa da, qardaşına “Sezay, bu bizim iyiliyimiz için” təsəllisi... və mənim içimə axan gözyaşlarım... Xəstəlik bitdi. Mətanət xanım daha iki körpəni çətin vəziyyətdən çıxarmış, xəstəliyi məğlub etmiş, qalib qəhrəman kimi qarşımda! Amma mən çökmüşəm. Gücüm qalmayıb. Stresdən bayılma, özündən getmə və halsızlıq... Mətanət xanım səsimdən vəziyyəti anlayır və telefonun o başından öz sehirli səsini işə salır. Bu dəfə Sevinci diriltmək lazım gəlir. Boynunun borcu deyil, amma həkimlik və insanlıq naminə Mətanət xanım biganə qala bilmir. İki gündür, mən o həkim üçün nə edim, necə minnətdar olduğumu bildirim deyə düşünürəm. Əlimdən nə gəlir ki yazmaqdan başqa?!

Sözümün canı... Ölkədə həkim var! Şərait olmasa da, tibbi avadanlıqlar müasir standartlara cavab verməsə də, səhiyyə və təhsilimiz ürəkaçan deyilsə də, şükür ki, hələ də yaxşı həkimlərimiz var! Və mən o həkimlərdən birinə - Ə.Qarayev adına xəstəxananın II yoluxucu II bölmə şöbəsinin müdiri Mətanət xanım Rzayevaya təşəkkür edirəm! Beyninizə, ürəyinizə, ruhunuza və qızıl əllərinizə sağlıq, doktor! Yaxşı ki, varsız!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.