2 yaşlı uşaq ailəsini yanan binadan xilas edib

20 Mayıs 2015
1 321
0
2 yaşlı uşaq ailəsini yanan binadan xilas edib
2 yaşlı uşaq ailəsini yanan binadan xilas edib


"Əgər nəvəm mənim yanımda olsaydı, qızım və həyat yoldaşı indi bizimlə olmazdılar"
Dünən Bakıda 16 mərtəbəli binada baş verən yanğından ailəni 2 yaşlı oğlan xilas edib.

ANS PRESS-in məlumatına görə, bina sakinlərindən biri nəvəsinin qızını və kürəkənini xilas etdiyini deyib. "Nəvəmin 2 yaş var. O, həmişə mənimlə qalırdı. Amma 2 gün əvvəl işim çıxdığı üçün onu anasının yanında qoyub getdim. Kürəkənim işə səhər tezdən getmədiyi üçün onlar 12-dək yatırdılar. Amma dünən nəvəm onlarla qalmışdı və səhər tezdən durub onları da oyadıb", - deyən baba ailənin yanğından sonra evə girəndə hər şeyin tamamilə yandığını bildirib.

"Qızımgil evə girəndə hər yer qapqara idi. Nəyə toxunurduqsa, əlimizdə parça-parça olurdu. Evin ortasında masanın üstündə pulqabındakı pul da yanmışdı. Amma xoşbəxtlikdən onlar evdə olmayıblar. Əgər nəvəm mənim yanımda olsaydı, qızım və həyat yoldaşı indi bizimlə olmazdılar", - deyə bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.