İlham Əliyev qəhrəman polisimizi mükafatlandırır

21 Mayıs 2015
1 189
0
İlham Əliyev qəhrəman polisimizi mükafatlandırır
İlham Əliyev qəhrəman polisimizi mükafatlandırır

Ramil Usubov qəhrəmanlıq göstərən polis Şahin Qocayevin səhhətilə maraqlanıb
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhətilə maraqlanıb. Ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb.

Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.

Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısnı hiss etdiyini deyərək, bu ali diqqətə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.