Azercelldən İnternet paketlərinə Şok Endirim

17 Temmuz 2015
23 320
0
Azercelldən İnternet paketlərinə Şok Endirim
Azercelldən Yenilənmiş İnternet paketlərindən 55%-dək endirimlə faydalan! Həm də hər ehtiyacını qarşılayan fərqli paketlər seçimi ilə.
İstədiyiniz paketi seçin və açar sözünü 2525-ə göndərin. (1 SMS - 1 qəpik).

1 AZN - 50 MB - 50
3 AZN - 500 MB - 500
5 AZN - 1 GB - 1000
10 AZN - 5 GB - 5000
15 AZN - 10 GB - 10000
30 AZN - 50 GB - Limitsiz


- Hesablama intervalı – 10 KB

Qeydlər
3G əhatə dairəsi olan ərazilərdə 21.6 Mb/s-ə qədər, 4G əhatə dairəsi olan ərazilərdə isə 100 Mb/s-ə qədər İnternet sürəti təmin edilir.
​Günlük 50 MB İnternet paketi gün ərzində bir dəfə sifariş edə bilər. 500 MB günlük paketini isə bir neçə dəfə sifariş edə bilər, lakin öncədən sifariş edilmiş İnternet tarfiki bitməsi şərtdir.
50 MB-lıq İnternet paketi sifarış edildikdə və növbəti gün balansda kifayət qədər vəsait olmadıqda, sistem 7 gün ərzində balansın artırılmasını yoxlayır. Balans qeyd olunan müddət ərzində artırılmasa, abunəlik ləğv edilir.
50 MB-lıq İnternet dərhal ləğv etmək və ya abunəliyi dayandırmaq üçün 2525 nömrəsinə stop 50 yazıb göndərin (1 SMS – 1qəpik).
SimSim və fakturalı xətt abunəçilərinə internet-paketi dərhal 30 gün üçün aktiv edilir və bu müddət bitdikdən sonra SimSim abunəçilərinin balansında kifayət qədər vəsait olduqda, abunəlik avtomatik davam etdirilir. Balansda kifayət qədər vəsait olmadıqda, sistem 36 saat ərzində balansın artırılmasını yoxlayır. Fakturalı xətt abunəçiləri üçün isə internet paketi xidmətdən imtina edilməyənədək hər fakturada yenilənir. Nömrənin xətti ikitərəfli bağlı olduqda, sistem 72 saat ərzində abunə xəttinin statusunu yoxlayır. Xətt qeyd olunan müddət ərzində aktiv olunmadıqda, abunəlik ləğv edilir.
İrihəcmli paketlər (1 GB, 5 GB, 10 GB, Limitsiz paketlərində) 30 gündən əvvəl bitdikdə İnternetdən istifadə 30 günlük istifadə müddətinin sonunadək pulsuz olur və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət tətbiq olunur: 1 GB 5 GB-lıq paketlərdə GPRS sürəti (64 Kbit/s-dək), 10 GB və Limitsiz paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək).
Gün" paketi çərçivəsində verilən trafikin həcmi bitdikdən sonra, istifadə müddətinin bitməsinə qədər maksimal qoşulma sürəti 32 kbit/s səviyyəsində məhdudlaşdırılacaq. “Gün” paketi çərçivəsində İnternetin maksimal sürəti – 1 mbit/s
İnternet trafikin balansını öyrənmək üçün 2525-ə boş SMS göndərmək (1 SMS – 1 qəp.) və ya telefonun ekranında *100#YES yığmaq lazımdır (bu halda məlumat pulsuz təqdim olunur). Fakturalı xətt abunəçiləri paketlərə qoşulduqda balanslarını növbəti faktura dövründən etibarən öyrənə bilərlər. SimSim və fakturalı xətt abunəçiləri İnternet paketlərdən dərhal imtina etmək üçün stop ay yazıb (bu halda abunəçinin balansındakı internet trafiki dərhal ləğv olunacaq), aylıq abunəliyi və ya avto-yeniləmə xidmətini dayandırmaq üçün isə ay- yazıb 2525-ə (1 SMS – 1 qəpik) göndərməlidirlər. Gün və ya Gün+ paketlərindən imtina etmək üçün isə stop gun və ya gun- açar sözünü 2525-ə göndərmək lazımdır.azercell.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.