Ən çox istifadə olunan elektron xidmətlər

19 Eylül 2014
1 872
0
Ən çox istifadə olunan elektron xidmətlər
Ən çox istifadə olunan elektron xidmətlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.


FeaT.Az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti avqust ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489759 giriş olub.


Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (272292), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39384), RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249) və digər qurumların xidmətlərinin adları var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.