Arıçılıq təsərrüfatları təhlükədə

23 Eylül 2014
1 273
2
Arıçılıq təsərrüfatları təhlükədə
Arıçılıq təsərrüfatları təhlükədə

Göyçay rayonunda arıçılıqla məşğul olan Mahir Qurbanov deyir ki, bu il hava şəraiti əlverişsiz keçdiyi üçün indiyədək arılara bal yedizdiriblər. İndi isə əksər arıçıların bal ehtiyatı tükəndiyi üçün şəkər tozu və müxtəlif vitaminlər vermək məcburiyyətindədirlər.

Bundan başqa, yazda dolu nəticəsində arıların ölməsi də onların qışlamasını çətinləşdirib: "Arının qışlaması üçün pətəklərdə kifayət qədər arı kütləsi olmalıdır ki, onlar özlərini qızdıra bilsinlər. Bu gün o, arı kütləsi yoxdur. Məsələn, qışa gedəndə pətəkdə 20-30 min arı olmalıdır. Hazırda isə pətəkdə 3-5 min arı var”

Arıçı bildirir ki, bu sahə ilə məşğul olduğu 30 ildən artıq müddətdə belə halla rastlaşmayıb. O, hər il bəslədiyi arılardan 700-800 kiloqram bal götürürdüsə, bu il həmin göstərici, demək olar ki, sıfıra bərabərdir. Mahir Qurbanov deyir ki, indi arıçılar bütün imkanlardan istifadə edərək, arıları qışdan itkisiz çıxarmağa çalışmalıdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_Əlinin Aşkı_
melumata gore cox sagoll
Bahar
  • Bahar
  • 23 Eylül 2014 18:37
xebere gore tesekkurler
RƏY ƏLAVƏ ET