“Düşmən vahimə içindədir” - Zakir Həsənov - VİDEO

05 Nisan 2016
1 857
1
“Düşmən vahimə içindədir” - Zakir Həsənov - VİDEO
“Düşmən vahimə içindədir” - Zakir Həsənov - VİDEO

“Vur-vur dağıdıcı komanda, kəşfiyyat bölüyünə maşallah. Səsləri qalib ruhda, özləri hər an düşməni məhv etməyə hazırdır”.

Vətənə sadiq qalacaqlarına and içib, düşməni məhv etməyə yollanan hərbiçilırəmiz şücaətlərini döyüş meydanında göstərir. Ermənilər üçün strateji əhəmiyyət kəsb edən, lakin bizim üçün həm də ana torpağımız olan Talış, Seysulan məntəqələrindəki yüksəkliklər və Lələ təpənin ardınca bu gün Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı da Ordumuz tərəfindən geri alındı. Və bu qələbə təsadüfün qələbəsi deyil.

Müdafiə naziri Zakir Həsənov “ATV Xəbər”-ə müsahibə verib. FeaT.Az həmin müsahibəni təqdim edir.

- Cənab nazir Sizin tapşırığınız oldu ki, düşmən atəşkəsi pozarsa buna artıqlaması ilə cavab verilsin. Və bunun nəticəsini də biz görürük zaman-zaman.

- Bütün tədbirlər planlı şəkildə həyata keçirilir. Orduda, xüsusən də cəbhə bölgəsində yerləşən hərbi bölgələrdə bütün döyüş xidməti nəzarət altındadır. Və idarə olunur. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, təşəbbüs cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvlərinin əlindədir. Düşmən vahimə içindədir. Artıq düşmənlər dərk ediblər ki, günü-gündən Azərbayacan Silahlı Qüvvələri güclənir. Əgər Siz bunu Erməni mətbuatından da izləsəniz, onlar bunu heç gizlətmirlər, gizlədə də bilmirlər. Ona görə də bu bizi sevindirir. Azərbayacan əsgəri qarşıda duran vəzifəni yerinə yetirməyə qadirdir.

Azərbayacn Silahlı Qüvvələrini güclənməsində Azərbayacan İqtidadiyyatın böyük rolu var. Ordumuzun gücündən bu gün Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutu da danışır. Qurumun yayımladığı hesabatda Azərbaycan Ordusu ilə Ermənistanın Ordusu müqayisə edilir, daha doğrusu heç müqayisə olunacaq səviyyədə də deyil. Sənədə nəzər salaq: Azərbaycanın 2015-ci ildə hərbi xərcləri 3 milyard dollar təşkil edib. Bu rəqəmin 2006-ci ilə nisbətən 165 faiz artdığı bildirilir: “Neft qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz yüksək olub. Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır. Digər bir müqayisə: Ermənistan Ordusunun ümumi vəsaiti, Azərbayacanın təkcə hərbi təlimlərə sərf etdiyi vəsaitə bərababərdir.

İstər ordunun silah sursat, müasir texnika, istərsə də psixoloji cəhətdən üsütünlüyü ələ alan Azərbayacn Ordusunda döyüş qabiliyyəti yüksək səviyyəddərir. Azərbaycan Silahlı Qüvvəri Ordusuna, Qələbəyə inam, cəbhə bölgəsində yeni bir könüllülər ordusu da yaradıb.

Zakir Həsənov deyir ki, görün nə qədər ruh yüksəliyi var:

- Xalq artıq öz ordusuna inanır. Həmişə inanırdı, indi də inanır. Könüllülər gəlib, könüllü şəkildə vuruşmaq istəyirlər. Artıq vəziyyət o qədər dəyişib ki, əvvələr ön xətdən ikinici xəttə istəyirdilər. İndi isə əsgərlər müraciət edirlər ki, bizi birinci xəttə göndərin könüllü şəkildə. Bu sevindirici haldır, bu, ruh yüksəkliyini göstərir. Və burda tam məsuliyyətimlə qeyd etmək istəyirəm ki, Azərbayacn Ordusu Silahlı Torpaqlarını işğaldan azad etməyə qadirdir.

- Ölkəmiz müharibə şəraitindədər. Azərbayacan tərərfi adekvat addlınlar atsa da, lakin qarşı tərərf buna təxribatlarla cavaba verir. Necə düşünürsünüz, sülhə davam, yoxsa müharibə varinatı?

- Bilirsiniz Azərbaycan dövləti cənab prezident də başda olmaqla həmişə sülh yolu ilə bu məsələni həll etmək istəyib. Ancaq təəssüflər olsun ki, ermənilər başa düşmürlər. 20 ildən çoxdur ki, torpaqlarımız işğal ediblər. Danışıqlar heç bir nəticə vermir. Və Azərbaycan dövləti özündə haqq saxlayır ki, biz digər vasitələrdən də istifadə edək. Silahlı Qüvvələr üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır, qadirdir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    dogru deyir sulh yoluna ne qeder getmek isteselerde serefsizler sulhden anlamir
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.