Tələbə və Məzunlar üçün vakansiyalar!

17 Mayıs 2016
1 599
0
Tələbə və Məzunlar üçün vakansiyalar!
Tələbə və Məzunlar üçün vakansiyalar!

FeaT.Az Azercellin rəsmi saytına istinadən xəbər verir ki, Azercell-də təcrübə proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə, və gələcəkdə burada karyera qurmağa imkanlar yaradır.

Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr və məzunlar Azercell şirkətində 3 (üç) ay müddətində təcrübə keçəcəklər.

Təcrübə proqramı üzrə müraciət

Programda son iki kursunun tələbələri və 2016-cı ilin məzunları iştrak edə bilərlər (Bakalavr, Magistr)

Təcrübə proqramı üzrə müraciət etmək üçün:

Müvafiq təcrübə sahəsini seçin;elektron müraciət ərizəsini doldurun;müraciət formasının qeyd olunan qrafalarına aşağıdakı sənədlərin skan versiyasını PDF formatında yükləyin:tələbə bileti (2016 cı ilin məzunları diplomum sürətini və qiymət vərəqəsini təqdim etməlidilər);fakultə dekanının təsdiqlədiyi qiymət kitabçası (tələbələr üçün);

Təcrübə proqramı üzrə seçim prosesi

İlk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaqdır.

Qeydlər:

Təcrübə proqramına müraciət müddəti 16-25 May 2016
Bir tələbə və ya məzun eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.
Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.
Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə müraciətlər nəzərə alınmayacaq.
Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təcrübə sahəsini seçmək üçün vakansiyalar (linkdə - https://www.azercell.com/career/vacancies/)bölümünə müraciət edin

Əlavə məlumat üçün [email protected] e-mail ünvanına və 012 496 70 07 telefonla müraciət edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.