"iPhone 7" modellərinin qiyməti

04 Haziran 2016
3 391
0
"iPhone 7" modellərinin qiyməti
"iPhone 7" modellərinin qiyməti
"Apple" şirkətinin sentyabrda təqdimatını keçirməsi nəzərdə tutulan 3 yeni "iPhone" modellərinin qiyməti məlum olub.

Feat.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, adının açıqlanmasını istəməyən şirkətə yaxın mənbədən bildirilib ki, "iPhone 7 Pro" modelinin qiyməti onun yaddaş tutumundan asılı olaraq dəyişəcək.

Ən mükəmməl versiya hesab edilən Pro modelinin 32 QB yaddaş tutumuna malik olan telefonu 7088 yuan (1612 manat), 128 QB yaddaş tutumuna malik olanı 7888 yuan (1792 manat), 256 QB yaddaş tutumu olan "iPhone 7Pro" modelinin isə 8888 yuan (2016 manat) civarında olacağı deyilir.

"iPhone 7" və "7 Plus" modellərinin qiyməti isə əvvəlki nəsil telefonların ilkin satış qiyməti civarında olacağı bildirilib.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.