İran iPhone 7 yə qadağa qoya bilmədi

02 Kasım 2016
1 055
0
İran iPhone 7 yə qadağa qoya bilmədi
Bu ölkədə qaçaqmal şəklində gətirilmiş “iPhone 7”lər 2500 dollara satılır.

“iPhone 7” smartfonlarının ilk hissəsi rəsmi şəkildə yaxın günlərdə İrana daxil olacaq.

FEAT.AZ-ın məlumatına görə, bu barədə Trend “Mehr” informasiya agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl bir neçə ədəd “iPhone 7” smartfonunun ölkəyə qeyri-leqal şəkildə daxil olduğu bildirilmişdi. İran İnformasiya Texnologiyaları nazirliyi ölkəyə qeyri-leqal gətirilən telefonlara qarşı mübarizə aparacağını açıqlayıb.

“iPhone 7”-nin dünya bazarında 760 dollaradək satış qiyməti olsa da, İranda qeyri-leqal gətirilmiş smartfonların 2500 dollar dəyərində satıldığı deyilir.

Bir neçə ay əvvəl açıqlanmış məlumatda qaçaqmal telefonların İran iqtisadiyyatına hər il 320 milyon dollar ziyan vurduğu bildirilib.
Əvvəlki Xəbər Növbəti Xəbər