Apple istifadəçiləri bu xəbəri DİQQƏTLƏ oxuyun

10 Kasım 2016
2 208
0
Apple istifadəçiləri bu xəbəri DİQQƏTLƏ oxuyun
"Apple”, iOS-da təqdim etdiyi yenilikdə yeni funksiya təqdim etməyi fikirləşir. Yeni funksiya isə "SOS” adlanır.

"Apple”, iPhone sahiblərinin təcili hallarda istifadəsi üçün son dərəcə yararlı yeni xüsusiyyət təqdim edib. Yeni xüsusiyyət "SOS”adlanır və adından da məlum olduğu kimi təcili yardım çağırışı etmək üçün nəzərdə tutulur. Yeni xüsusiyyət daha asan şəkildə təcili yardım çağırışına şərait yaradır.

Yenilənmiş iOS yenilənməsi nəticəsində istifadəçilər SOS üçün nəzərdə tutulmuş düyməyə 5 dəfə ard-arda basdıqda o zaman təcili yardım çağırışı həyata keçirilir. Əgər istifadəçi bu düyməni bilmədən istifadə edərsə, təcili yardımı təxirə salmaq üçün ona müəyyən vaxt da verilir.

Bu funksiya ilk olaraq Amerika, Avstraliya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Honk Konq, Hindistan, İtaliya, Yaponiya, Rusiya, İspaniya və Birləşmiş Krallıqda istifadəyə veriləcək. Digər ölkələrdə isə bu funksiyanın irəliləyən günlərdə təqdim olunması gözlənilir. //Technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.