Bolluca valyuta qazanacağımız sahə - Reklama ehtiyac yoxdur

10 Aralık 2016
954
0
Bolluca valyuta qazanacağımız sahə - Reklama ehtiyac yoxdur
Əvvəllər Azərbaycan turizminin geniş reklama ehtiyacı var idi. Amma indi Azərbaycanın adı gələn kimi, onu təkcə neft ölkəsi kimi yox, həm də turizm ölkəsi kimi tanıyırlar. Hesab edirəm ki, formalaşmış bu imic öz töhfəsini yaxın gələcəkdə daha çox verəcək.

Bolluca valyuta qazanacağımız sahə - Reklama ehtiyac yoxdur


Feat.Az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) İdarə heyətinin sədri Nahid Bağırov deyib.

Bolluca valyuta qazanacağımız sahə - Reklama ehtiyac yoxdur

Onun sözlərinə görə, yaxın bir neçə ildə turizm sektoru iqtisadiyyatımızda, ölkəyə valyuta qazandırmaqda ön sıralara çıxacaq: "Fikrimcə, bu gün turizm qeyri-neft sektorunda ən önəmli yeri tutur və artıq öz bəhrəsini də verir".

Bolluca valyuta qazanacağımız sahə - Reklama ehtiyac yoxdur

N.Bağırov qeyd edib ki, növbəti il Azərbaycana Rusiyadan, İrandan, xüsusilə də ərəb ölkələrindən bu vaxta kimi görünməmiş sayda turist gələcək ki, bu da ölkəmizin iqtisadiyyatının güclənməsinə böyük dəstək olacaq.

ATA-nın sədri Azərbaycan və Gürcüstandakı turizm obyektlərindəki qiymətlər arasında fərqlərlə bağlı fikirlərə də münasibət bildirib: "Həqiqətən də 2 il bundan əvvələ qədər Gürcüstanda transfer, qidalanma, ekskursiya xidmətləri bizdən dəfələrlə ucuz idi və böyük fərq vardı. Otellərə gəlincə, Azərbaycandakı qiymətlər Gürcüstana nisbətən həmişə daha ucuz olub. Sadəcə, Gürcüstanda 2-3 ulduzlu otellərin sayı çox idi və onlar ucuz hesab olunurdu. Amma hazırda ümumiyyətlə bunları müqayisə etmək olmaz. Bütün parametrlərinə görə Azərbaycanda hər şey ucuzdur. Xüsusən də son bir ildə manatın məzənnəsində dəyişikliyin baş verməsi ölkəyə çoxlu sayda turistin gəlməsinə şərait yaradıb".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.