Orucun tibbi faydaları nələrdir?

10 Haziran 2017
1 680
0
Orucun tibbi faydaları nələrdir?
Orucun tibbi faydaları haqqında elmi araşdırma

Belə bir araşdırma Pakistanda çıxan “əl-Muslimun” dərgisində “Orucun insan sağlamlığına müsbət təsiri” başlığı altında nəşr olundu. Araşdırmanı Dakar tibb fakultəsinin iki müəllimi qələmə almış, başqa bir müəllim isə nəzərdən keçirib analiz etmişdir. Həmin araşdımanı olduğu kimi təqdim edirik:

Giriş

Bütün müsəlmanlar hər il hicri-qəməri ilin doqquzuncu ayı olan Ramazanda oruc tuturlar. Bu ay ərzində dan yerinin ağarmasından (yəni günəşin doğmasına təxminən bir saat yarım qalmış) günəş
batana qədər müsəlmanlara yeyib-içmək qadağandır. Yalnız iftardan imsaka (obaşdana) qədərki müddət ərzində istədikləri kimi yeyib-içə bilərlər. Oruc tutmaq on beş yaşına girmiş və ya həddi-buluğa çatmış əqli və fiziki cəhətdən sağlam Müsəlman kişilərə, on iki yaşına girmiş və ya həddi-buluğa çatmış əqli və fiziki cəhətdən sağlam Müsəlman qadınlara fərzdir. Bununla yanaşı, ayədə də bildirildiyi kimi xəstələr və səfərdə olanlar oruc tutmaqla mükəlləf deyillər: “(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs künüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar”.[1] Məlum olduğu kimi, qəməri ili ilə əlaqədar olaraq ramazan ayı günəş (miladi) təqvimində ildə-ilə yerini dəyişir. Yəni hicri-qəməri il miladi günəş ilindən on bir gün tez gəlir. ” Orucun muddəti bölgə və mövsümlərdən asılı olaraq 12-19 saat arasında dəyişir. Buna görə də oruc tutanlar iftardan dan yeri ağarana qədər (imsak vaxtına qədər) yeyib-içə bilər.

“Orucun orqanizmə təsiri” mövzusu uzun illərdir, bir sıra elmi müzakirələrin predmeti olmuşdur. Bəzi tədqiqatçılara görə, oruc insan orqanizmi üçün zərərlidir. Bəzilərinə görə isə orucda sadəcə yemək vaxtı dəyişdiyinə görə və belə davam etdikcə onun insan orqanizminə hec bir ziyanı yoxdur. Belə ki, oruc tutmaq insan orqanizminin 24 saatlıq ümumi kalori ehtiyacını təmin etməsinə mənfi təsir göstərmir. Həqiqətən də, insan orqanizmi ramazan ayında digər vaxtlara nisbətən daha çox zülal, nişasta və şəkərdən istifadə edir. Bu da gostərir ki, oruc tutanlar böyük miqdarda kalori qəbul edir.

Araşdırma

Tibbi araşdırmda on üç nəfər könüllü olaraq iştirak edirdi. Onların ikisi altı aylıq hamilə qadın idi. Burada əsas məqsəd orucun insan orqanizminə təsirini təsbit etmək idi. Muqayisə etmək üçün həmin təcrubə eynilə və eyni vaxtda oruc tutmayan başqa bir könüllü iştirakçı (27 yaşlı) üzərində də aparıldı. Bu təcrübələrdə orucun vucudun kütləsinə və temperaturuna, nəbzə, təzyiqə, hüceyrələrin maddələr mübadiləsinə, orqanizmin maye tarazlığına təsiri araşdırıldı. Eyni zamanda qan və sidik analizi də götrüldü.

Təcrübə

Təcrübədə iştirak edənlərin üçü qadın idi. Qadınların birinin 17, birinin 27, birinin də 40 yaşı var idi. Təcrübədə iştirak edən kişilər isə 22-29 yaşlarında idi, yəni orta yaş həddi 29.5. Orta yaşlı insanlardan seçilən təcrübə iştirakçılarının qəbul etdiyi kalori miqdarı 2500-3000 arasında dəyişirdi. Eyni zamanda onlar tamamilə sağlam insanlar idi. Ramazandan əvvəl bir həftə boyunca iştirakcıların üzvi göstəriciləri uzərində lazımi təhlillər aparıldı. Burada əsas məqsəd nəticələri oruclu günlərdəki üzvi göstəricilərlə tutuşdurmaq və müqayisə aparmaq idi. Ramazandan bir həftə əvvəlki günlərdə ümumi analizlər səhər yeməyindən əvvəl, Ramazan ayındakı analizlər isə iftarda bir qurtum su içəndən sonar götrüldü. Bu təcrübələr Ramazanın birinci, onuncu, axırıncı günlərində və Ramazandan bir ay keçdikdən sonra təkrarlandı. Təcrübədə ən müasir və dəqiq metodlardan istifadə olundu.

Təcrübənin nəticələri

1) Bədən kütləsi: Orucun bədən kütləsinə etdiyi təsir aşağıdakı cədvəldə gostərilmişdir. Cədvəldə cəki vahidi kimi “rıtl”dan (təxminən 410 qram) istifadə olunmuşdur.

a – Ramazandan əvvəlki gostəricilər; b, c, d – Ramazanın birinci, onuncu və sonuncu gununun gostəriciləri; e – Ramazandan bir ay sonrakı gostəricilər

Göstəricilərdən çıxarılan nəticələr: Oruc tutmayan təcrübə iştirakcısının bədən kütləsində ciddi dəyişiklik yoxdur. İkisi istisna olmaqla oruc tutan təcrübə iştirakçılarının cəkisi ramazan boyunca ən cox yeddi rıtl (2.87 kq) azalsa da, bir iştirakçının çəkisi dəyişməmiş, Ramazandan əvvəlki vəziyyətini qoruyub saxlamışdır. Hamilə qadının çəkisi Ramazan boyunca dörd rıtl-a qədər yüksəlmişdi. Bundan başqa, Ramazandan bir ay sonrakı göstəricilərə görə, Ramazanda çəkisi azalan iştirakçıların yarısı itirilən çəkini bərpa etmişdi.

2) Qan dövranı:Oruc nəbzə və bədən temperaturuna ciddi şəkildə təsiri etmədi. Qanda hemoqlobinin miqdarı da normal qaldı. Buradan aydın olur ki, bir aylıq oruc müddəti hemoqlobinin miqdarında böyük dəyişiklik əmələ gətirə bilmir. Ümumiyyətlə, oruc tutanların qan təzyiqində də mühüm dəyişiklik baş vermədi. Yalnız Ramazanın ilk gunlərində bəzi iştirakcıların təzyiqi az miqdarda düşdü.

3) Hüceyrə tənəffüsü: Ramazan ayı boyunca hüceyrə tənəffüsündə mühüm dəyişiklik müşahidə olunmadı. Yalnız hamilə qadının hüceyrə tənəffüsü Ramazanın əvvəlində normadan +15,1 və Ramazandan bir ay sonra isə +26,15 vahid artmışdır.Bu göstəricilər də hamilə qadının orqanizminin dözə biləcəyi dəyişikliyi gostərir.

4) Qandakı şəkərin miqdarı: Aşağıdakı cədvəldə təcrübə zamanı qandakı şəkərin miqdarında meydana gələn dəyişikliklər verilir. Burada miqdar vahidi mqr/200 mm3-dir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.