Polat Ələmdar ağır qəzaya düşdü

02 Kasım 2014
2 696
0
Polat Ələmdar ağır qəzaya düşdü
Polat Ələmdar ağır qəzaya düşdü

Aktyor xəstəxanaya yerləşdirilib.

“Kurtlar vadisi” serialında Polat Ələmdar rolunu canlandıran Necati Şaşmaz ağır yol qəzası keçirib.

Feat.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, aktyorun filmin növbəti seriyasının çəkilişləri zamanı idarə etdiyi avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində yaralanan Necati Şaşmaz xəstəxanaya yerləşdirilib.

Həkimlərin müayinəsi zamanı məlum olub ki, aktyorun çənəsi sınıb. Necati Şaşmaz əməliyyata alınıb. Aktyorun həmkarları xəstəxanaya onun ziyarətinə gəliblər.

Necati Şaşmazın hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.