Gənc qız selfinin qurbanı oldu

09 Kasım 2014
1 771
0
http://img.milli.az/358x266c/n/clickable/204433/0e/1/307539.jpg
http://img.milli.az/358x266c/n/clickable/204433/0e/1/307539.jpg
İspaniyanın Sevilya şəhərində körpünün üstündə selfi çəkmək cəhdi ölümlə nəticələnib.

FEAT.AZ anspress-ə istinadən xəbər verir ki, polşalı turist Silva Rayxel körpüdən yıxılaraq həlak olub.

23 yaşlı qız gecə smartfonla özünü çəkmək istəyirmiş. O, tarazlığını itirərək yıxılıb. Dörd metr hündürlükdən yıxılan qız körpünün beton sütununa çırpılıb. Hadisə yerinə gələn həkimlər Silvaya heç bir köməklik edə bilməyib.

Polşa mətbuatının verdiyi xəbərə görə, Rayxel Lublin şəhərində yaşayıb və o, tibbi təhsil alırmış. Təhsilini başa vurduqdan sonra qız daimi olaraq İspaniyada yaşamağı planlaşdırırmış.

“Puente de Isabel II” körpüsü XIX əsrin ortalarında inşa edilib və Sevilyanın ən çox ziyarət olunan yerlərindən biri sayılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.