G20 Sammiti başladı

17 Kasım 2014
1 105
0
G20 Sammiti başladı
G20 Sammiti başladı

Avstraliyanın Brisben şəhərində bu gün dövlət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə G20 Sammiti işə başlayıb.

Əvvəlcə G20 liderləri qeyri-formal görüşüblər. Təntənəli açılış mərasimi şəhərin konfrans mərkəzində olub. Mərasimdən sonra, G20 liderləri Avstraliya yerli sakinlərinin rəqslərini izləyiblər.

Qlobal iqtisadi artım məsələlərinə həsr edilmiş sammitin birinci iclasında qlobal iqtisadiyyatın hazırki problemləri və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.

Avstraliyanın baş naziri Toni Ebbot deyib ki, indiki dünya inkişaf edə və insanlarına lazımı iş yerləri yarada bilər. Biz bir neçə dəfə müxtəlif görüşlərdə eyni mövzuları müzakirə etmişik. Buna məcburuq. Bugünki görüşdə də maliyyə nazirləri tərəfindən və başqa məmurlar tərəfindən görülmüş işləri və ediləcək təklifləri müzakirə edəcəyik. Sözün əsl mənasında bizə lazım olan işi görəcəyik.

Bundan əlavə, "Böyük iyirmilik" Ukraynadakı vəziyyət, Fransa ilə Rusiya arasındakı "Mistral" gəmisi ilə bağlı yaranan problem, Beynəlxalq Valyuta Fondunun gələn il üçün nəzərdə tutduğu islahatlar, Ebola virusu və digər məsələləri müzakirə edəcək.

Prezidentlər və hökumət başçılarının şərəfinə Avstraliyanın baş naziri Toni Ebbotun adından nahar veriləcək, kiçik gəzinti təşkil olunacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.