Goranboyda dəhşət

22 Kasım 2014
1 890
0
Goranboyda dəhşət
Goranboyda dəhşət


Goranboyun Qaradağlı kəndində qətl hadisəsi baş verib.
Goranboy rayon Polis Şöbəsindən qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Kənd sakini 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.