Qadınların ən dəhşətli qorxuları nələrdir?

21 Aralık 2014
1 434
0
Qadınların ən dəhşətli qorxuları nələrdir?
Qadınların ən dəhşətli qorxuları nələrdir?

Psixoloqlar daha çox qadınların məruz qaldıqları ən dəhşətli qorxularını açıqlayıblar. Fialka.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ən dəhşətli qorxu yaşlanmaqdır. Bütün qorxular aşağıdakılardır:

1. Hazırkı gözəlliyi itirmək qorxusu

Qadınlar ən çox gözəlliklərini itirməkdən qorxurlar. Bu itkidən qorunmaq üçün isə daima insan özünə qayğı göstərməlidir. Yaxşı yatmaq, sağlam qidalanmaq, kosmetoloqları ziyarət etmək vacib prosedurlardandır. Qadın xarici görkəmi barədə nə qədər tez düşünməyə başlasa, cavanlığı bir o qədər uzun sürər.

2. Tənhalıq qorxusu

Hər bir qadın tənha qalmaqdan qorxur. Bu da o deməkdir ki, 70 yaşına çatanda tanışlar, dostlar həyatdan köçə bilərlər.

3. Onkoloji xəstəliklərə yoluxmaq qorxusu

Xərçəng bütün qadınların ən böyük qorxusudur. Bu səbəbdən də yaşı 40-dan yüksək olan qadınlar həkim yoxlamalarına gedərkən mütləq bu yoxlamadan keçirlər. Sağlam həyat tərzi keçirdikdə isə xəstələnmək riski 0-a enir.

4. Maliyyə təminatını itirmək qorxusu

Doğrudan da, kişi qadından çox qazanır, ancaq qadının beyni maliyyə yığımları üçün daha qıvraqdır. Bu səbəbdən də "qara gün" üçün pul yığmağı bacarırlar.

5. Yaxınlara "yük" olmaq qorxusu

Övladlara və nəvələrə yük olmamaq üçün isti münasibətlər qurmaq lazımdır. Yaxınlara və doğmalara verilən sevgi öz qarşlığını verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.