Bu oyunu oynasanız, həqiqətən qanınız axacaq.
Kanadada kompüter oyunu həvəskarları maraqlı yeniliyə imza atıblar. Belə ki, "Brand & Grotesque" qrupu oyun oynayarkən həqiqətən qan axmasından ibarət video-oyun icad ediblər.
Video-oyundan istifadə edərkən məğlub tərəf həqiqətən də qanını itirmiş olacaq. Yığılan qanlar isə ehtiyaclı insanlara göndəriləcək. Kanadalı gənclər bildiriblər ki, belə bir oyunu hazırlamaqda məqsədləri ehtiyaclı insanlara yardım etməkdir.
Qeyd edək ki, oyunun satışa çıxarılması üçün 250 min dollar yığılmasına ehtiyac var. 40 gün davam edəcək oyun üçün bu dəqiqəyə qədər 4 min dollar toplanıb.