2015-ci il Beynəlxalq İşıq İLi elan edilib

01 Ocak 2015
1 205
0
2015-ci il Beynəlxalq İşıq İLi elan edilib
2015-ci il Beynəlxalq İşıq İLi elan edilib

Alimlər yeni işıq texnologiyalarının tətbiqinə nail olmağa çalışacaq.
Beynəlxalq Millətlər Təşkilatı 2015-ci ili Beynəlxalq İşıq və İşıq Texnologiyaları İli elan edib.


Işıq ilinin keçirilməsi enerji təminatı, təhsil, kənd təsərrüfatı və səhiyyə problemlərinin qlobal miqyasda həllinə işıq texnologiyalarının yardımçı olması barədə ümumi məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Bu texnologiyalar vaxtilə elektronikanın XX əsrə gətirdiyi dəyişikliklərə bənzər yeniliklərin tətbiqinə xidmət edir.
2015-ci ildə UNESCO elmi birliklərlə bərabər qabaqcıl və inkişaf etməkdə olan ölkələrdə həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edən yeni işıq texnologiyalarının tətbiqinə nail olmağa çalışacaq.


Beynəlxalq İşıq İli gələn il yanvarın 19-20-də UNESCO-nun Parisdəki qərargahında təşkil ediləcək mərasimlə açılacaq. Bəşəriyyət elmi işığın təbiətini başa düşməyə imkan verən fundamental nailiyyətlərlə zənginləşdirən şəxsiyyətlərin - İbn əl-Haytəm, Oqüsten Jan Frenel, Ceyms Klerk Maksvel, Albert Eynşteyn və Çarlz Kaonun xatirəsinə ehtiramlarını bildirəcəklər
.


R.T..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.