''Wi-Fi''-dan sonra indi ''Li-Fi''
İnternet istifadəçiləri işıq cihazlarının köməyi ilə şəbəkəyə qoşula biləcəklər
İnternet istifadəçiləri işıq cihazlarının köməyi ilə şəbəkəyə qoşula biləcəklər. Bir qrup çinli alim uğurlu təcrübə apararaq yeni texnalogiyanı hazırlayıb.
"Li-Fi”-ın köməyi ilə rəqəmli informasiyanın "Wi-Fi” simsiz texnologiyasında olduğu kimi radiodalğalarla deyil, işıq şüalandırmasının köməyi ilə ötürülməsi mümkün olacaq. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür.
Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir ki, bu da Çində orta internet sürətindən xeyli yüksəkdir. Mütəxəssislərin fikrincə çinlilərin getdikcə qənaətcil işıq diodlu lampalardan istifadəyə üstünlük verməsi, gələcəkdə internetə qoşulmanı əhəmiyyətli dərəcədə sadələşdirəcək.