Dünyanın ən uzun polisi - VİDEO

20 Ocak 2015
1 588
0
Dünyanın ən uzun polisi - VİDEO
Dünyanın ən uzun polisi - VİDEO

Dünyanın dörd bir yanında polislərə münasibət birmənalı deyil. Amma Hindistanlı Raceş Kumar öz unikal xüsusiyyətləri ilə bütün polislərdən fərqlənir və buna görə də o xalqın sevimlisinə çevrilib.

Yol polisi işləyən Raceş eyni zamanda dünyanın ən hündür polisidir. Boyunun uzunluğu 2 metr 25 santimetrə çatan Raceş Kumar bu qədər hündür olmasına baxmayaraq tənbəlliklə arası yoxdur. Bütün günü yollarda avtomobillərə yol göstərən nəhəng asayiş keşikçisi sadəcə güclü iştahına görə tez-tez işə fasilə verməli olur.

155 kq çəkisi olan Raceş hər iki saatdan bir qidalandığını deyir. Onun menyusu da elə öz boyuna görədir. Dünyanın ən uzun polisi hər gün 40 yumurta, 3 kq bişmiş ət, 4 kq meyvə yeyir, bu da azmış kimi hər gün 5 litr süd içir. Özünü xoşbəxt sayır, qarnı tox, sözündən çıxan yox. O, deyir:

"Sürücülər mənim sözümü dinləyəndə, nəqliyyat qaydalarına riayət edəndə çox sevinirəm. Bu çox gözəl duyğudur. Düzdür boyumun hündürlüyü mənə bir az mane olur. digər polislər kimi maşına rahat əyləşib, rahat çıxa bilmirəm. Amma yenə də özümlə fəxr edirəm."

Doğrudur Hindistanda Raceş Kumar kimi hündürboy insanlar var. Bununla belə, 2 metr 25 sm boyu olan Raceş, bu ölçü ilə polislik edən ən hündür insandır. Qurqaon şəhərində insanlara yol göstərən nəhəng polis, qəribə hündürlüyü ilə xalqın da sevimlisinə çevrilib. Onun olduğu yolda qayda pozuntularının sayının az olması bu sevgidən xəbər verir.




Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.