Donetskdə xəstəxananı raketlə vurdular

19 Ocak 2015
971
0
Donetskdə xəstəxananı raketlə vurdular
Donetskdə xəstəxananı raketlə vurdular

Mərmilər ikinci və üçüncü mərtəbələrin arasına düşüb
Donetskdə uşaq xəstəxanasına raket düşüb.

ANS PRESS-in məlumatına görə, raket zərbəsi nəticəsində xəstaxananın iki həkimi yaralanıb.

Artilleriya atəşinə Donetskin Kalinin rayonunda yerləşən 3№ şəhər uşaq xəstəxanası tuş gəlib.

Mərmilər ikinci və üçüncü mərtəbələrin arasına düşüb. Daha bir partlamamış mərmi binanın damında qalıb.

İki zərər çəkən həkimlərdən birinin vəziyəti ağırdır. Hadisə vaxtı xəstəxanada olan pasiyentlərdən və ziyarətçilərdən zərər çəkən olmayıb.

Hazırda bütün xəstələri və klinikanın personalını təxliyyə edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.