Millimizin rəqibi şok itki ilə üzləşdi
“Avro-2016”nın seçmə mərhələsində milli komandamızın rəqibi olan İtaliya yığması ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, milli komandanın və “Fiorentina”nın əsas hücumçularından sayılan Cüzeppe Rossi dizindən əməliiyat olunub. Klubun rəsmi saytı 27 yaşlı futbolçunun 4-5 ay futbol oynaya bilməyəcəyini bəyan edib.
Qeyd edək ki, Rossi bu ilin yanvar ayında dizindən zədələnmişdi. O, “DÇ-2014”də də İtaliya millisinə kömək edə bilməyib. Yenicə yaşıl meydana dönən hücumçu ötən gün məşq zamanı yenidən dizindən zədələnib.