Millimiz yerində sayır

20 Aralık 2014
1 722
0
Millimiz yerində sayır
Millimiz yerində sayır

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin mövqeyində heç bir dəyişiklik olmayıb.

Dekabr ayında heç bir oyun keçirməyən komandamız əvvəlkitək 135-ci pillədə qərarlaşıb.
"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. İtaliya millisi ötən ay olduğu kimi bu dəfə də 11-ci olub.

Digər rəqiblərimizdən Xorvatiya da 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (0) 67-ci, Bolqarıstan (0) 66-cı və Malta isə (+1) 147-ci pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.