Dünyanın ən güclü şahmatçıları - Yeni reytinq siyahısı

01 Haziran 2016
1 373
0
Dünyanın ən güclü şahmatçıları - Yeni reytinq siyahısı
Dünyanın ən güclü şahmatçıları - Yeni reytinq siyahısı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, iyun ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə də 5 Azərbaycan qrossmeysteri yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, 2 reytinq xalı itirib – 2746.

Teymur Rəcəbov (2726) geriləməkdə davam edir. O, daha 3 rəqibini özündən irəli buraxaraq, 32-ci yerə enib.

Yığmamızın digər üzvü Eltac Səfərli (2673) yenə irəliləyib. Ötən ay olduğu kimi bu dəfə də 14 pillə yüksələn Azərbaycan çempionu 68-ci yerdədi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2657) isə gerilə-geriləyə gedir. Daha 10 pillə aşağı enən qrossmeyster 84-cü yerdədi.

Rauf Məmmədov isə irəliləyib. Son siyahıda “100-lüy”ə qayıdan həmyerlimiz hazırda 2655 xalla 98-cidi.

Reytinq siyahısının ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Cədvəldə Maqnus Karlsen (Norveç, 2855) yenə birinci olduğu halda, Vladimir Kramnik (Rusiya, 2812) ikinci, Fabiano Karuana (ABŞ, 2804) üçüncüdü.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb. Ötən ay Nərmin Kazımova (2364) bu siyahıya daxil olsa da (98-ci yer), bu dəfə yenidən “100-lüy”ü tərk edib.
Əvvəlki Xəbər Növbəti Xəbər