"Kəpəz" 16 illik fasilədən sonra yenidən Avropada?

07 Mayıs 2016
1 424
0
"Kəpəz" 16 illik fasilədən sonra yenidən Avropada?
"Kəpəz" 16 illik fasilədən sonra yenidən Avropada?

Bu gün Topaz Premyer Liqasında 33-cü tura start verilib. Gəncənin Kəpəz klubu səfərdə Xəzər Lənkəranın qonağı olub. Qarşılaşmadan öncə favorit hesab edilən Gəncə təmsilçisi xal itkisinə yol verməyib. Şahin Diniyevin yetirmələri Kərim Diniyev, Julian Ebah və Orxan Əliyevin müvafiq olaraq 42,48 və 79-cu dəqiqələrdə vurduğu qollarlarla qarşılaşmadan 3-0 hesabı ilə qalib ayrılıb. Neftçinin də Azalı 3-1hesabı ilə məğlub etməsi ilə Kəpəzin 16 illik fasilədən sonra Avropada çıxış edəcəyi daha da qətiləşməyə doğru gedir. İnter klubu Avrokuboklardan uzaqlaşdırılması ilə bağlı Arbitraj məhkəməsinə müraciət etdiyindən məhkəmənin verəcəyi qərarı önəmli rol oynaya bilər. Ona görə də hər şey mövsümün sonunda dəqiqləşəcək. Hələlik isə Kəpəz klubunun avrokuboklardakı çıxışına nəzər salaq: İlk dəfə 1995/96 mövsümündə Avroliqada(UEFA Kuboku adlanırdı) mübarizə aparan Kəpəz 1-ci təsnifat mərhələsində Avstriyanın "Avstriya Vyana" klubu ilə qarşılaşıb və doğma meydanda 0-4, səfərdə isə 5-1 hesabı ilə məğlub olub.


-Avrokuboklarda Azərbaycanın qol hesabını da Kəpəz klubunun futbolçusu Yadigar Süleymanov Avstriya Vyana ilə səfər qarşılaşmasında açıb.


Mövsüm ; Turnir ; Mərhələ ; Ölkə ; Klub ; Ev ; Səfər

1995/96 ; UEFA Kuboku ;1-ci mərhələ ; Avstriya ; Avstriya Vyana ; 0-4 ; 5-1
1997/98 ; UEFA Kuboklar Kuboku ; 1-ci mərhələ : Latviya : Dinaburq ; 0-1 ; 1-0
1998/99 ; UEFA Çempionlar Liqası ; 1-ci mərhələ ; Polşa ; LKS Lodz ; 1-3 ; 4-1
1999/00 ; UEFA Çempionlar Liqası ; 1-ci mərhələ ; Makedoniya ; Sloga Jugomagnat ; 2-1 ;1-0
2000/01 ; UEFA Kuboku ; 1-ci mərhələ ; Türkiyə ; Antalyaspor ; 0-2 ; 5-0
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.