Topaz Premyer Liqasında 33-cü tura start verilir

07 Mayıs 2016
1 816
0
Topaz Premyer Liqasında 33-cü tura start verilir


Topaz Premyer Liqasında 33-cü tura start verilir

Feat.az-ın məlumatına görə bu gün TPL-də 33-cü tura start veriləcək. Bütün oyunlar bu günə təyin olunub. Bu mövsüm inamlı çıxış edən və Avroliqa uğrunda mübarizə aparan Kəpəz Lənkərana səfər edir. Çempionluğunu rəsmiləşdirən Qarabağ İnter Arenada Sumqayıtı qonaq edəcək. Turun maraqla gözlənilən qarşılaşması "Əlincə Arena"da baş tutacaq. Burada Neftçi Azalı qəbul edəcək. Hər iki komanda qonşu mövqelərdə qərarlaşıb və Avroliqa uğrunda mübarizə aparır. Ona görə də gərgin mübarizə olacağını əminliklə söyləmək olar. Son oyunlar qeyri-stabil çıxış sərgiləyən Qəbələ isə səfərdə Zirənin qonağı olacaq. Bu oyuna da maraq böyükdür.

7 may (şənbə)

15:00.“Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu

16:00.“Xəzər Lənkəran” – “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00.“Rəvan” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
“Bayıl Arena”


19:00.“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
“İnter Arena”

19:05.“Neftçi” – AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
“Əlincə Arena”




Elvin Nasibov



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.