Topaz Premyer Liqasında son tur! 3-cü və sonuncu yer kimə nəsib olacaq?

20 Mayıs 2016
1 677
0
Topaz Premyer Liqasında son tur! 3-cü və sonuncu yer kimə nəsib olacaq?
Topaz Premyer Liqasında son tur! 3-cü və sonuncu yer kimə nəsib olacaq?
Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün son turu keçiriləcək. Bütün oyunlar eyni günə təyin olunub. Feat.Az-ın verdiyi məlumata görə qızıl və gümüş mükafatın sahibləri bəlli olsa da bürünc medal və son yerin sahibi hələ ki müəyyənləşməyib. Gəncədə keçiriləcək "Kəpəz" - "Qəbələ" və "İnter" - "Zirə" qarşılaşmaları bürünc mükafatın sahibini müəyyən edəcək. Qeyd edək ki, hazırda hər üç komandanın eyni xala malikdir. "Kəpəz", "Qəbələ" və "İnter" hərəyə 56 xal toplamağı bacarıb. Daha bir maraqla gözlənilən qarşılaşma isə "Bayıl Arena"da autsayderlər "Rəvan" və "Xəzər Lənkəran" arasında baş tutacaq. Hər iki komanda liqada qalmaq uğrunda mübarizə aparır və bu görüşdə "Xəzər Lənkəran"ı ancaq qələbə qane edir. Məhz buna görə bu görüş də prinsipiallıq baxımından digərlərindən heç də geri qalmır. Digər qarşılaşmalara gəlincə çempionluğunu təmin etmiş "Qarabağ" "Azərsun Arena"da "Azal"ı qəbul edəcək. "Qarabağ" bu görüşdən sonra çempionluq kubokuna qovuşacaq. Liqanın son oyunlarında yaxşı oyun sərgiləyən "Neftçi" isə mövsümün son oyununda "Sumqayıt"ın qonağı olacaq.

20 may (cümə)

Topaz Premyer Liqası, 36-cı tur

17:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.

17:00. “İnter” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
“İnter Arena”.

17:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
“Bayıl Arena”.

“19:00. Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
“Kapital Bank Arena”.

19:00. “Qarabağ” – AZAL
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Azersun Arena”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.