Emil Balayev "Ayntraxt"dan ayrılır

25 Mayıs 2016
1 454
0
Emil Balayev "Ayntraxt"dan ayrılır

Emil Balayev "Ayntraxt"dan ayrılır
Bundesliqada qalmağı bacaran “Ayntraxt” klubunda 3 futbolçu ilə yolların ayrılacağı tam dəqiqləşib. Feat.Az APA-ya istinadən məlumat verir ki, Almaniya komandadan göndəriləcək oyunçuların sırasında Emil Balayevin də adı var.

Azərbaycanlı qapıçının frankfurtlulara lazım olmadığını klubun meneceri Bruno Hübner təsdiqləyib. O bildirib ki, digər oyunçuların da taleyinə yaxın günlərdə aydınlıq gələcək: “Niko Kovaç “Ayntraxt”a yeni nəfəs verdi, komandanı yüksək liqada saxlamağı bacardı. Mən bir məşqçi kimi ona güvənirəm. Artıq gələcəklə bağlı planlar qurmaq lazımdı. İlk qərar 3 futbolçu - Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qəbul edilib. Çox diqqətli olmalıyıq. Daha kimlərlə yolları ayırmağa, kimlərlə davam etməyə düşünüb qərar verməliyik”.

Makoto Hasebe və Enis Ben-Hatira ilə yeni müqavilə imzalamağa hazırlaşan “Ayntraxt” rəhbərliyinin Almaniya millisinin sabiq üzvü Miroslav Kloze ilə danışıq apardığı bildirilirdi. Lakin Hübner bu məlumatı təkzib edib: “Klozenin “Ayntraxt”a keçəcəyi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu, həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Emil Balayev 2014-cü ildə “Ayntraxt”a transfer edilmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.