Qadının əlindən çantasını qapıb qaçanın sonu - VİDEO

05 Şubat 2015
1 268
0
Qadının əlindən çantasını qapıb qaçanın sonu - VİDEO
Qadının əlindən çantasını qapıb qaçanın sonu - VİDEO




Qadının əlindən çantasını alıb qaçmaq istədi. Amma deyəsən Daşqın Qədirov bu əməlini törədərkən yaxınlıqdakı polisləri nəzərə almamışdı. Hadisə Kürdəmirin Sabirabad küçəsində qeydə alınıb. Daşqın Qədirov qayçı ilə həmyerlisi Elnarə Babayevaya hədə qorxu gələrək onun əl çantasını və mobil telefonunu alıb hadisə yerindən uzaqlaşmaq istəyərkən yaxınlıqdakı polis əməkdaşları tərəfindən saxlanılıb.

Astarada isə narkotik satan, həmçinin yaşayış evindən oğurluq edən 4 nəfərdən ibarət dəstə zərəsizləşdirilib. Şübhəli şəxs qismində saxlanılan rayon sakini Şəhriyar Dadaşovun üzərinə keçirilən baxış zamanı onda heroin aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhriyar narkotik vasitəni həmkəndlisi İlqar Süleymanovdan alıb. İlqar Süleymanov saxlanılan zaman onun üzərindən çıxan heroinin həmkəndlisi Mirzağa Səmədovun vasitəsi ilə digər həmkəmdlisi Həqiqət Məmmədovadan əldə etdiyi müəyyən olunub. İstintaq zamanı həmçinin Mirzağa Səmədovun Kamilə Səmədovaya məxsus yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurladığı da məlum olub.

Masallıda isə qəbir daşlarının yanında qoyulan qara mərmərdən hazırlanan güldanları oğurlayan 28 yaşlı Aqil Düniyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs bundan başqa rayonun Ərkivan qəsəbəsində və rayon ərazisindəki qəbiristanlıqlarda da oxşar əməllər törədib. Aqil Diniyev ümümi dəyəri 1650 manat olan ümümlikdə 11 mərmər güldan oğurlayıb. Bütün faktlarla bağlı cinayət işi açılıb.



R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.