Gündə 34 km piyada yol gedən yazıq adam - VİDEO

05 Şubat 2015
1 539
0
Gündə 34 km piyada yol gedən yazıq adam - VİDEO
Gündə 34 km piyada yol gedən yazıq adam - VİDEO





Bu adam işə gedib-gəlmək üçün hər gün 34 km yolu piyada qət edir. Amerikalı Ceyms Robertson son 10 ildə bir səyyahın gedə biləcəyi qədər yol gedib. Nə dünya, nə də ölkə səyahətinə çıxan Ceymsin yeganə məqsədi işə vaxtında çatıb, evə çörək pulu aparmaqdır.

İqtisadi baxımdan çökmüş Detroyt şəhərində yaşayan Ceyms, Roçester Hİllsdə yerləşən iş yerinə piyada gəlməyə məhkumdur. Çünki onun yaşadığı ərazi ilə iş yerini birləşdirən hər hansı avtobus xətti yoxdur. Deyir ki qazancı pis deyil. İşlədiyi məkanda saat başı 10 dollardan çox pul qazanır. Bununla belə, bu məvacib də ona pul toplayıb, maşın almağa imkan vermir. Hər gün işə piyada gəlib, piyada qayıdan Ceyms Robertson bu minvalla 2 şəhər arasındakı məsafəni də ayaqla qət etmiş olur.

Bəzən evə qayıdanda qarşısına avtobus çıxır. Bu gecə saat 1 radələrinə baş verir. Həmin avtobusun sürücüsü Ceymsi evindən 9 km aralıda düşürür. Gecənin bir aləmində Ceyms 9 km yolu piyada qət etməli olur.
Gün ərzində 35 kilometrə yaxın yolu piyada qət edən Ceyms Robertsin xəbəri yerli mediada yayımlanar-yayımlanmaz ölkənin dörd bir yanından sakinlər bu insana yardım etmək qərarına gəlib. Avtomobil almaga gücü çatmayan Ceyms üçün bir saat ərzində 42 min dollardan çox pul toplanıb.
Soyuq qış günlərində yeni avtomobilin sayəsində ayaqları yerdən üzülən Ceyms, qarlı-boranlı yollardan alqın köməyi ilə vidalaşa bilib.


R.T..ZEmichka
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.