Qərb Regional Gənclər Debat Forumu - Payız

09 Şubat 2015
1 146
0
Qərb Regional Gənclər Debat Forumu - Payız
Qərb Regional Gənclər Debat Forumu - Payız
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə əməkdaşlığı, Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı, azərbaycan Texnologiya Universitetinin ev sahibliyi ilə 7-8 dekabr 2014- cü il tarixində “Məşğulluq probleminin artmasına səbəb birbaşa gənclərin özüdür“ mövzusunda “Qərb Regional Gənclər Debat Forumu-Payız 2014” keçirilmişdir. Proses.az xəbər verir ki forumda Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil mərkəzlərinin və kolleclərin tələbələri iştirak edirdi. Forumun keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşü və məlumatlılığının artırılması, nitq mədəniyyətlərinin formalaşdırmasından ibarətdir.

Forumda ümumilikdə 64 gənc iştirak etmişdir. Forumun 10 ən yaxşı Natiqi müxtəlif təhsil müəssisələrindən seçilmiş, qalibi isə Gəncə Dövlət Universitetinin tələbələri olmuşdur.

Məlumat üçün bildiririk ki, Gəncə Regional Debat Mərkəzi artıq 3 ildir ki, Gəncə şəhərində fəaliyyət göstərir, davamlı olaraq hər mövsüm regional forumlar, daxili turnirlər, məktəbli forumları və s. təşkil edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.