Bakıda çörəyi mağazalara belə daşıyırlar - VİDEO

26 Şubat 2015
1 395
0
Bakıda çörəyi mağazalara belə daşıyırlar - VİDEO
Çörəyin mağazalarda necə satıldığını əks etdirən videoda görüntülər heç də xoş deyil. Videodan göründüyü kimi, çörək yeşiklərdə açıq şəkildə daşınır. Daşınma zamanı yeşik yerə qoyulur.

Bakıda çörəyi mağazalara belə daşıyırlar - VİDEO
akıda natəmiz şəkildə çörək daşınması ilə bağlı video yayılıb.

Çörəyin mağazalarda necə satıldığını əks etdirən videoda görüntülər heç də xoş deyil. Videodan göründüyü kimi, çörək yeşiklərdə açıq şəkildə daşınır. Daşınma zamanı yeşik yerə qoyulur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bununla bağlı bildirib ki, hazırda bu sahdə xeyli irəliləyiş var. Bu da görülən işlərin nəticəsidir.

“Hazırda dükanlarda çörəklər xüsusi qablaşdırmada satılır. Lakin hələ də problemlər var. Bununla da mübarizə aparılır. İstehlakçılar da bu baxımdan diqqətli olmalıdır. İstehlakçılar bilməlidir ki, çörəyi hər yerdən almaq olmaz. Əldən, küçədən, toz-torpaq altında satılan yerlərdən heç zaman çörək almaq olmaz. İlk andan çörəyin keyfiyyəti bilinmir” - deyə Fazil Talıblı bildirib.

İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin istehlakçılara keyfiyyətli şəkildə çatdırılması, daşınması, saxlanması, qablaşdırılması və s. kimi məsələlərin böyük əhəmiyyət kəsb etdiyini bildirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Belə ki, çörəklər ticarət şəbəkələrinə bu məqsəd üçün nəzərdə tutulan xüsusi maşınlarla daşınmalıdır.

Çörəyin satış məntəqələrinə bərbad vəziyyətdə daşınması ilə bağlı videogörüntü təqdim edirik:

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.