Çörək niyə ucuzlaşdı?

10 Şubat 2015
1 659
0
Çörək niyə ucuzlaşdı?
Çörək niyə ucuzlaşdı?
TV (Region TV) xəbər verir ki, artıq bir həftəyə yaxındır ki, Tovuzdakı bütün mağazalarda əvvəllər 25-30 qəpiyə satılan 400-450 qramlıq çörəklər 15 qəpiyə satılır.

Alıcıların bəziləri bu ucuzlaşmaya sevinmir. Onlar iddia edirlər ki, qiymətdəki enmə çəkinin azalması hesabınadır. Əvvəlki qiymətə aldıqları çörək daha sərfəli idi. Çörəkbişirmə sexlərində isə çörəyin çəkisinin azalması ilə bağlı deyilənlərlə razılaşmırlar. Satışla məşğul olan şəxslər də çörəyin 30 faiz ucuzlaşmasına rayonda kifayət qədər çox olan çörəkbişirmə sexlərinin arasında olan rəqabəti səbəb göstərirlər. Onu da deyək ki, hazırda unun satış qiymətində də fərq yoxdur. Əvvəlki kimi əla növ unun bir kisəsinin qiyməti çəkisindən asılı olaraq 14-20 manat arasında dəyişir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.