"WhatsApp"da səhv tutan oğlan

05 Şubat 2015
3 404
0
"WhatsApp"da səhv tutan oğlan
"WhatsApp"da səhv tutan oğlan

“WhatsApp” mesenceri 19 milyard dollara "Facebook" şirkəti tərəfindən alınıb
Bir müddət əvvəl istifadəyə verilən “WhatsApp”ın veb versiyasında problemlər olduğu üzə çıxıb.

Anspress-in məlumatına görə, 800 milyona yaxın istifadəçiyə sahib “WhatsApp”ın yeni tətbiqini android istifadəçiləri istifadə etməyə başlayıblar, lakin yeni xidmətin təhlükəsizlik məlumatlarında səhvlərin olduğu aşkar edilib.

17 yaşlı təhlükəsizlik bloqeri İndrajit Bhuyan “WhatsApp”ın veb versiyasında olan problemləri izah edən hesabat dərc edib. Onun müşahidələrinə əsasən, təhlükəsizlik məlumatları mobil istifadə zamanı yaxşı işləsə də veb versiyasında bu o qədər də ürəkaçan deyil.

Bhuyanın hesabatında digər vurğulanan problemlərdən biri də profil şəkli ilə əlaqədardır. Belə ki, istifadəçi gizlilik tənzimləmələrində profil şəklini sadəcə dostları üçün açıq saxlasa da bunun hamı tərəfindən göründüyü məlum olub.

Bütün bu problemlər isə “WhatsApp”ın veb versiyasını təqdim etmədən əvvəl kifayət qədər sınaqdan keçirmədiyini göstərir.

Qeyd edək ki, 2014-cü ilin fevralında “WhatsApp” mesenceri 19 milyard dollara "Facebook" şirkəti tərəfindən alınıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.