DST xəbərdarlıq edir: smartfonlar eşitmə qabiliyyətiniz üçün təhlükəlidir

05 Mart 2015
1 608
0
DST xəbərdarlıq edir: smartfonlar eşitmə qabiliyyətiniz üçün təhlükəlidir
DST xəbərdarlıq edir: smartfonlar eşitmə qabiliyyətiniz üçün təhlükəlidir


Martın 3-ü Qulağın və Eşitmənin Saglamlığını Beynəlxalq Mühafizə Günü kimi qeyd olunur. DST-nın məlumatına görə, bir milyardan çox yeniyetmə və gənc smartfon və digər audioqurğulardan ifrat dərəcədə istifadə etdikləri üçün eşitmə qabiliyyətini itirə bilər. Səs-küyün təhlükəli həddə çatdığı barlarda, gecə klublarında və idman tədbirlərdə vaxt keçirmək daha bir risk amilidir.

Yüksək və orta gəlir səviyyəsi olan ölkələrdə aparılan tədqiqatların nəticələri göstərir ki, səs-küyli əyləncələr nəticəsində yaşı 12-35-dək olan gənclərin 40 faizinin eşitmə qabiliyyətini itirmək riski var. Fərdi audioqurğulardan düzgün istifadə olunmaması bu yaş kateqoriyasından olan gənclərin 50 faizinin saglamlığına ziyan vura bilər.

Ekspertlər bildirirlər ki, səkkiz saat ərzində 85 desibeldən çox və ya 15 dəqiqə ərzində 100 desibeldən gur səs təhlükəlidir. Onlar sadə profilaktik tədbirlər görməyi, məsələn, qulaqlıqlarda səsin səviyyəsini azaltmaq, kütləvi tədbirlərdə isə səsboğan qulaqlıqlardan istifadə etməyi məsləhət görürlər.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.