Bakıda 13 azyaşlı yanıb - VİDEO

19 Mart 2015
1 085
0
Bakıda 13 azyaşlı yanıb - VİDEO
Bakıda 13 azyaşlı yanıb - VİDEO
Çərşənbə axşamlarında 13 azyaşlı tonqala düşüb. Ehtiyatsızlıq və valideynlərin nəzarətsizliyi balacaların canının acıması ilə nəticələnib. Xəsarət alanların vəziyyətinin normal olduğu deyilir.

ANS TV-ninməlumatına görə, ilaxır çərşənbədə yandırılan bayram tonqalında 5 azyaşlı ehtiyyatsızlıqdan yanıq xəsarəti alıb. Onların ən kiçiyinin 6, ən böyünün isə 10 yaşda olduğu bildirilir.

Azyaşlılar əsasən bayram tonqalının üstündən tullanərkən yanıblar. Bəziləri isə tonqaldan çıxan qığılcım nəticəsində xəsarət alıb. Hadisələrdən 3-ü Xətayi, 2-si isə Qaradağ rayonunda qeydə alınıb. Xəsarət alanlar dərhal 5 nömrəli xəstəxanın yanıq şöbəsinə gətirilib. Sağlamlıq mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyir ki, indiyə kimi, yəni keçirilən 4 çərşənbə axşamı zamanı təşkil olunan bayram tonqallarında 13 nəfər ehtiyyatsızlıq səbəbindən xəsarət alıb. Xəstəxanya qəbul edilənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar:

“Uşaqlar tonqal yandırarkən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 4 çərşənbə axşamı zamanı 5-6 nəfər yanıq xəsarəti ilə xəstəxanaya müraciət edib”.

Fövqəladə Hallar Nazirliynin Dövlət Yanğına Nəzarət Xidmətindən isə bu cür hallarla üzləşməmək üçün bir sıra qaydalara əməl edilməsi tövsiyyə edilir. Xüsusi ilə bayram günlərində tonqalın ətrafına yığışan azyaşlıları nəzarətdə saxlamaq lazımdır. Eyni zamanad tonqalın ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılması və ocaq tam sönənədək alova nəzarət edilməsi məsləhət görülür.

FHN-nin şöbə rəisi Hikmət Cəfərov vətəndaşlara xəbərdarlıq etdi: “Valideynlər azyaşlıları tonqaldan uzaq tutsunlar. Çünki həmişə nəzarətsiz qalanda hansısa, bir hadisə baş verir. Tonqaldan atılan zaman, valideynlər də balacaların yanında olsalar yaxşı olar”.

Nazirliyin əməkdaşı onu da bildirdi ki, tonqalın üzərindən tullananlar nə geyindiklərinin də fərqinə varmalıdır. Alışmağa meyilli geyimdədirlərsə, bu istəklərini reallaşdırmamalıdırlar. Belə ki, geyim alışa bilər, bədənləri xəsarət alar.


Bundan başqa yandırılan şamlar da nəzarətsiz qalmamalıdır. Pirotexniki vasitələrdən isə istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Əks halda təhlükə balacalardan yan keçməyə bilər. Odur ki, bayram günündə valideynlər nəzarətini balacaların üzərindən əskik etməsə, daha yaxşı olar.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.