Az yatmaq insanı kökəldir və axmaq edir

06 Nisan 2015
1 436
0
Az yatmaq insanı kökəldir və axmaq edir
Az yatmaq insanı kökəldir və axmaq edir

Bunu Almaniyadakı Regensburg Universitetində yuxu üzrə mütəxəssis həkim Yurgen Zulley deyib. Almaniyanın "Die Welt" qəzetində yer alan məlumata görə, o, az yatmağın və ya yuxusuzluqdan əziyyət çəkmənin insanların gündəlik həyatlarına mənfi təsir etdiyindən bəhs edib. Zulleyin sözlərinə görə, yatan zaman iştaha nəzarət edən lepton adlı hormon fəallaşır. Buna görə gecə yuxudan oyanan adam nəsə yemək istəyir və dərhal mətbəxə gedir.

Uzun müddət az yatmaq beyin funksiyalarına da pis təsir edir. Belə insanların immuniteti zəifləyir və onlar başqaları ilə müqayisədə qrip və soyuqdəyməyə daha çox meylli olur.

Zulley normal yuxunun 7 saat olduğunu bildirib. "Çox istedadlı insanların az yatması barədə deyilənlər barədə əfsanə doğru deyil. Eynşteyn həmişə 12 saat yatırdı".

O, yuxusuzluqdan mütamadi əziyyət çəkən insanlara sağlamlıqlarını risq altına atmayaraq mütləq həkimə müraciət etməyi tövsiyyə edib.

Hətta Rusiya alimləri də deyir ki, yuxu - bədənin bərpası üçündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.