Şokolad Bakıda heykəltəraşlıq materialı kimi təqdim olunub (FOTOLENT)

16 Mayıs 2015
2 033
0
Şokolad Bakıda heykəltəraşlıq materialı kimi təqdim olunub (FOTOLENT)
Bakı, 16 may, SalamNews, Ş.Nəzərli. Muzey Mərkəzində məşhur “Nikolya Şokolad Muzeyi” müəllif sərgisinin açılışı olub.

SalamNews-un məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev bildirib ki, hər kəsin həvəslə yediyi şokolad Bakı sənətsevərlərinə indi heykəltəraşlıq materialı kimi təqdim olunur. Sərgidə ümumi çəkisi 700 kiloqramdan da ağır olan 250-dən çox yüksək keyfiyyətli şokoladdan hazırlanmış fiqur, miniatür və kompozisiya nümayiş etdirilir. Burada, həmçinin şokoladın tarixi ilə tanış olmaq mümkündür.

Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib ki, şokolad ustası Nikolay Popov Bakı sərgisi üçün Azərbaycana həsr olunmuş silsilə şokolad incəsənət əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad miniatürü sənətkarın ən ağır heykəlidir. Qeyri-adi ekspozisiyaya şəhərin məşhur binalarının – Hökumət Evinin, Muzey Mərkəzinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının, “Flame Towers” alov qüllələrinin şokolad təsvirləri, gül, şokolad manqal və bir çox başqa məmulatlar daxildir.

N.Popov dünyada çəkisi 200 kiloqramdan çox olan ən böyük şokolad rəsminin – “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş əsərinin təqdimatını keçirib.

Müəllif sərgidə nümayiş etdirilən işlərindən danışaraq bildirib ki, öz əlləri ilə şokolad-möcüzələr yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də nəzərdə tutub.

Sərgi iyunun 28-dək davam edəcək.

FOTO: Ş.Nəzərli.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.