Mayonezi evdə özünüz hazırlayın - ASAN RESEPT
Feat.Az lent.az-a istinadən evdə mayonez hazırlamağın qaydasını təqdim edir.
Mayonez hazırlayarkən ehtiyacınız olan ərzaqlar bunlardır:
2 ədəd yumurta sarısı
1/4 ədəd limon suyu
400 ml və ya 2 su stəkanı duru yağ
10 qr və ya 1 xörək qaşığı xardal
Hazırlanma qaydası:
Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışıma əlavə edin. Dadına baxıb duz və istiot tökün. Rəngini açmaq üçün istəsəniz, qatıq da əlavə etmək olar.