Qışa bibərləri təbii saxlamaq lazımdır

08 Ağustos 2016
1 586
0
Qışa bibərləri təbii saxlamaq lazımdır
Konservləşdirilmiş hər bir məhsulun orqanizmə ziyanlı olduğunu artıq bilirik. Bunu bilməyimizə baxmayaraq, yenə də konserv üsulundan istifadə edirik. Feat.Az atv.az-a istinadən bildirir ki, bibərləri konserv şəkilində yox təbii hazırlanma qaydasını təqdim edirik. Təbii məhsul insan orqanizminə həm faydalı, həm zərərsizdir. Bibərin tərkibi C vitamini ilə bolluca zəngin olduğu üçün qış da bu vitaminə daha çox ehtiyac olur. Gəlin bu reseptə diqqət edək:

Qırmızı, ətli bolqar bibərləri seçilir, yuyulur, süfrənin üzərində suyu qurudulur, tumları təmizlənir və ət maşınından keçirilir. Hər bir kilo bibərə 1 stəkan duz qarışdırılır. Sonra bu hazır məhlulu steril şüşə qablara doldurulur.

Bunu qırmızı, yaşıl, acı bibərlərdən də hazırlamaq olar.

Həmçinin iplərə asıb günəşin altında da qurutmaq olar. Həmin qurudulmuş bibərləri üyüdüb toz halına salıb işlədilir.

Digər bir üsul bibərləri soyuducunun buz gözündə donduraraq qışa saxlanılır.

Sizə təqdim etdiyimiz üsullar məhsulıun tərkibindəki vitaminlərin məhv olmamasını qoruyur. Məhsulun təbii, natural qalmasını təmin edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.