Kömürlə üz maskaları. Təmiz və zərif dəri!

05 Eylül 2016
1 908
0
Kömürlə üz maskaları. Təmiz və zərif dəri!
Kömür çox gözəl absorbentdir. Kömür ziyanlı maddələri özünə hopdurur və xaric edir. Əvvəllər kömür tez-tez qida zəhərlənmələri zamanı istifadə olunurdu.

Kömür maskası yağlı, problemli, üzərində çoxlu qara nöqtələr olan dəri üçün uyğundur. Kömür maskaları dərini çox yaxşı təmizləyir, dərinin artıq yağlılığını və parıltısını götürür, rəngini yaxşılaşdırır.
10 həb kömür həvəngdəstədə toz vəziyyətinə çatdırılır, az miqdarda su ilə qarışdırılır və üz dərisinə çəkilir. Üzünüzü yüngül massaj edin, maskanı 10 dəqiqə (bundan artıq yox!) saxlayın və sonra ilıq su ilə yuyub adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin.
Belə maskanı həftədə 1-2 dəfə etmək olar. Bir müddətdən sonra siz dərinizin vəziyyətinin xeyli yaxşılaşmasını görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.