Gəlirli Biznes Sahələri
Mobil oyunlar
Angry Birds oynamayan insan yoxdur hər halda. Bu oyunları siz yaratsaydınız necə olardı? Təbii ki bu oyunlar sayəsində artıq milyonçu olmuşdunuz. Oyun sektoru 10 il ərzində çox ciddi şəkildə artım göstərib. 2007-ci ildə yalnız iki mobil oyun yaradan şirkət var idi. Hazırda bu rəqəm yüksək olsa da mobil oyunlara tələbat çox olduğundan ən gəlirli iş sahələrindən biri hesab edilir.
Elektron əşya ticarəti
Ən gəlirli sahələrdən biri də elektron əşya ticarətidir. Bu sahə yüksək sərmayə də tələb etmir. Hazırda ən çox satılan məhsullar arasında elektron əşyalar ilk yerlərdən birini tutur. Texnologiya inkişaf etdikcə elektron əşyalara tələbat olacaq. Bu sahədə iş qurmaq üçün real mağaza açmağa da ehtiyac yoxdur. Xaricdən gətirdiyiniz əşyaları internet vasitəsilə (instagram, facebook, tap.az, lalafo.az) rahatlıqla sata bilərsiniz.
Qida sektoru
Dünyanın bir nömrəli investisiya sahəsi olan qida sektoru həm tələbin gedərək artdığı həm də uzun müddət qalıcı ola biləcəyiniz sektorların başında gəlir. Bu gün bu sektorda məlumatı olmayan insanların belə qətiyyətlə sınadığı yemə-içmə və qida sektoru qazanclı iş sahələrindən biridir. Əgər xidmətinizdə keyfiyyətə və müasirliyə əhəmiyyət verirsinizsə, insanların damaq dadlarına uyğun yeməklər təqdim edirsinizsə bu sektorda yatırdığınız investisiyanı qısa müddət ərzində qazana bilərsiniz.
bizplus.az