Türkiyədə zəvvarlardan biri Ebola virusuna tutuldu

20 Ekim 2014
1 369
0
Türkiyədə zəvvarlardan biri Ebola virusuna tutuldu
Türkiyədə zəvvarlardan biri Ebola virusuna tutuldu

Türkiyədə həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusu xəstələri üçün ayrılmış xüsusi xəstəxanaya yerləşdirilib.

Bu barədə bazar ertəsi “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanından qayıdan 66 yaşlı Türkiyə vətəndaşının vəziyyəti qəflətən pisləşib və onda Ebola virusunun ilkin əlamətləri aşkar olunub.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.