Təmizlik işləri görməklə çəki ata bilərsiniz - Xanımlar, DİQQƏT!
Feat.Az xəbər verir ki, yeni araşdırmaya görə, ev işi ilə məşğul olaraq bədəninizi formaya sala bilərsiniz.
Araşdırmada 2 saat ərzində dayanmadan ev işi görən insanların 600 kalori yandırdığı müşahidə olunub. 5 km qaçdığınız zaman yandırdığınız kalori miqdarından təxminən 2 dəfə artıqdır.
Bəs, hansı ev işləri daha çox kalori yandırır?
20 dəqiqə ərzində pəncərə silən iştirakçılar ortalama 115 kkal yandırıb. Yer silmək 107 kkal olmaqla 2-ci yerdə gəlir. Hamam təmizliyi 100 kkal ilə 3-cü sıradadır. 40 dəqiqə ərzində toz aldığınızda isə 194 kkal yandırırsınız. 20 dəqiqə ərzində ev süpürdüyünüz zaman sadəcə 86 kkal itirirsiniz.
metbuat.az