Ağcaqanadlardan necə xilas olaq?

30 Ağustos 2022
1 740
0
Ağcaqanadlardan necə xilas olaq?
Havaların isinməsilə birlikdə ağcaqanadlar da yavaş-yavaş ortaya çıxır.

Lakin bu canlılardan qorunmanın və bu gözəl mövsümü rahat keçirmənin əslində çox asan bir yolu var.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bütün o kimyəvi dərmanları, bahalı tətbiqləri bir kənara qoyun və bu sadə üsul sayəsində bu yayı, ağcaqanad olmadan keçirin.

Qapı və pəncərələrə plastik paket taxmaqla ağcaqanadların bizə yaxınlaşmasına mane olacaq bir tələ meydana gətirəcəyik! Plastik paketə qoyacağımız bir neçə vəsait ilə, ağcaqanad problemindən xilas olacağıq.

Lazım olan vəsaitlər:


Bir dənə şəffaf plastik paket.

Bu paketi dolduracaq qədər su.

Və bir neçə dənə qəpik.

İçini suyla doldurub bir neçə dənə də qəpiyi atdığımız şəffaf paketimizin ağızını bağlayaraq pəncərə və ya qapının üzərinə asırıq. Lakin diqqət edilməsi zəruri bir mövzu var: asdığınız yerə mütləq işıq düşməlidir.

Bu üsul ağcaqanadları necə qaçırır?


Ağcaqanad qovucu bütün kimyəvi məhsullar, ağcaqanadları, ehtiva etdikləri qoxularla uzaq tutmağa çalışır. Bu üsulda isə onların nifrət etdikləri qoxularla deyil, görmə qabiliyyətlərilə əlaqəli bir haldır.

Çünki ağcaqanadlar, insanlardan fərqli olaraq, dünyanı mozaika formasında görürlər. Bu səbəbdən işıq qırılmasına qarşı çox həssasdırlar və bu üsulda da qəpiklərin meydana gətirdiyi işıq qırılması, onları bir xeyli narahat edir. Suda əks olunan qəpiklərin parıldaması, onları o mühitdən tez qaçırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.